Hazırda ABŞ Ukrayna ordusunu Rusiyaya qarşı döyüşmək üçün kəşfiyyat məlumatları ilə təmin etməyə davam edir.
“AzPolitika” xəbər verir ki, bu barədə bu barədə “RBC-Ukraynaya” hərbi-siyasi dairələrdəki bir neçə mənbə məlumat verib.
“Hələlik ABŞ tərəfindən Ukraynaya kəşfiyyat məlumatlarının verilməsində heç bir dəyişiklik baş verməyib. Bu əməkdaşlıq xətti silah təminatından fərqlidir”,-deyə məlumatda bildirilir.
Eyni zamanda, başqa bir mənbə ABŞ Prezidenti Donald Tramp administrasiyasının silah tədarükünü dayandırmaq qərarının qüvvəyə minəcəyi təqdirdə kəşfiyyat məlumatlarına təsir edəcəyinə şübhə etdiyini bildirib. Mənbənin sözlərinə görə, “bu, fərqli əməkdaşlıq xəttidir”.
Həmçinin, “The Economist” jurnalının jurnalisti Oliver Carroll “X” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, kəşfiyyat məlumatlarının mübadiləsində və ya ABŞ-dən hərbi dəstəyin hər hansı digər əsas aspektində heç bir dəyişiklik olmayıb.
“AzPolitika.info”