AZ

Hərbi həkimlər yaraların tez sağalmasını mənimsəyiblər

Pyatiqorsk hərbi sanatoriyasının mütəxəssisləri yaraların sağalmasını sürətləndirən unikal müalicə proqramı hazırlayıblar.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Pyatiqorsk Mərkəzi Hərbi (Uşaq) Sanatoriyası təkcə uşaqların deyil, həm də böyüklərin müalicə və sağlamlıqlarını yaxşılaşdıran unikal müəssisədir. Xüsusi hərbi əməliyyat başlayandan sanatoriya hərbi qulluqçuların reabilitasiyasında fəal iştirak edir.

“Xüsusi hərbi əməliyyat zamanı yara və xəsarətlər nəticəsində yaralanan hərbi qulluqçular kurortun bütün vasitələrindən istifadə edilməklə kompleks sanatoriya müalicəsindən keçiblər. Onların əksəriyyətində mineral vannalar, tambukan palçığı və fizioterapevtik üsulların birgə istifadəsi ilə reparativ proseslərdə nəzərəçarpacaq irəliləyişlər olub, yaraların epitelizasiyası və yerləşmə xüsusiyyətlərinin əsasları müəyyən edilib. Sanatoriyanın mütəxəssisləri müxtəlif yara və xəsarətlər zamanı toxumaların bərpasını iki dəfə sürətləndirməyə imkan verən proqram hazırlayıblar”, - Müdafiə Nazirliyindən bildirilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
69
herbiand.az

1Mənbələr