Bakıda keçmiş həyat yoldaşını izləyən kişi həbs edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Nəsimi rayonu Süleyman Rüstəm küçəsində baş verib.
Paytaxt sakini S.Əliyeva 22-ci Polis Şöbəsinə müraciət edərək, keçmiş həyat yoldaşı 1973-cü il təvəllüdlü M.Ağayevin onu güddüyünü bildirib.
Qadın qeyd edib ki, keçmiş əri sosial şəbəkələrdə onun fotolarını paylaşaraq təhqirlər yazır, həmçinin daim izləyir və iş yerinə daxil olaraq alçaldıcı sözlər deyir.