AZ

“Napoli” müdafiəçisi ilə müqavilə müddətini uzadıb

Bakı, 4 mart, AZƏRTAC

İtaliyanın “Napoli” komandası futbolçusu Matias Olivera ilə müqavilə müddətini uzadıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə 2030-cu ilin yayınadək yeni sözləşmə imzalanıb.

M.Olivera 2022-ci ilin yayından A Seriyası təmsilçisində çıxış edir.

Qeyd edək ki, "Napoli" hazırda 57 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Seçilən
14
2
azertag.az

3Mənbələr