AZ

Xərçəngin qarşısını ala bilən təbii maddə kəşf edildi

Xərçəngin qarşısını ala bilən

Oreqon Sağlamlıq və Elm Universiteti alimləri sulfuretin adlı bitki mənşəli flavonoid birləşmənin xərçəng və MS kimi xəstəliklərin inkişafını dayandıra biləcəyini aşkar ediblər. Laboratoriya testlərində bu maddənin hialuronidaza fermentini təsirsiz hala gətirdiyi müşahidə olunub.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu fermentin parçalanması sinir hüceyrələrini qoruyan miyelin qabığının təmirini gecikdirə və xərçəng hüceyrələrinin nəzarətsiz çoxalmasına səbəb ola bilər. Sulfuretin bu prosesi dayandırmaq potensialına malikdir.

Araşdırmanı aparan alimlər onun Alzheimer və digər neyrodegenerativ xəstəliklərdə də faydalı ola biləcəyini düşünürlər. Hazırda bu birləşmənin heyvan sınaqları və müalicəvi təsirləri araşdırılır.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
65
38
e-saglam.az

10Mənbələr