AZ

Bakıda TBNM-in iclası çərçivəsində sənədlər imzalanıb

"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM) Beynəlxalq Assosiasiyasının Bakıda keçirilən 22-ci iclasının protokolu imzalanıb.Protokola səkkiz məsələ daxil edilib.İclasda həmçinin "Qazaxıstan Dəmir Yolu" SC (KTJ) şirkətlər qrupu ilə “PTC Holding” arasında anlaşma və qarşılıqlı dəstək haqqında memorandum imzalanıb.Bundan əlavə, “Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili haqqında” və “Fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında” sazişlər imzalanıb.

İclasın sonunda "Poti TransTerminal" SC (Gürcüstan), “Xi'an Free Trade Port Construction and Operation Co., LTD” (Çin) və “UZ Cargo Poland Sp. z o.o.” (Polşa) TBNM Beynəlxalq Assosiasiyasının assosiativ üzvlüyünə qəbul edilib.Tədbirdə Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Çin, Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın əlaqədar qurumlarının nümayəndələri iştirak ediblər.Ümumi yığıncaqda TBNM BA Hüquqi Şəxslər Birliyinin işçi qrupunun 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabat, ötən il üzrə ümumi yükdaşımalar, eyni zamanda cari il üçün yükdaşıma planı məsələləri müzakirə olunur. Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi, gömrük tarifləri və digər texniki məsələlər müzakirə olunub.

Seçilən
37
anspress.com

1Mənbələr