AZ

Bakıya maqnit qasırğası xəbərdarlığı – Necə qorunmaq olar?

Son günlər Günəş aktivliyinin artması səbəbindən Bakı və digər bölgələrdə maqnit qasırğasının təsirləri hiss olunmağa başlayıb. Mütəxəssislər iki günlük güclü maqnit qasırğasının baş verəcəyini və bunun bəzi insanlar üçün sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər.  

Yenisabah.az maqnit qasırğası ilə bağlı təhlükəli nüansları təqdim edir:

Maqnit qasırğası kimlərə təsir edir?

Maqnit qasırğaları xüsusilə meteohəssas insanlara təsir göstərir. Əsas risk qrupuna aşağıdakı şəxslər daxildir:  

Hipertoniya və ürək-damar xəstəlikləri olanlar – Qan təzyiqi yüksələ və ya enə bilər, ürək döyüntüsündə artım və aritmiya baş verə bilər;

Migren və baş ağrılarından əziyyət çəkənlər – Maqnit qasırğaları beynin qan dövranına təsir edərək kəskin baş ağrılarına səbəb ola bilər;

Xroniki yorğunluq sindromu və stressə meyilli insanlar – Yuxusuzluq, gərginlik və əsəbilik yarana bilər;

Hamilə qadınlar və yaşlılar – Orqanizmin dəyişikliklərə adaptasiya olunması çətinləşir və halsızlıq baş verə bilər.  

Maqnit qasırğası zamanı insanlar aşağıdakı simptomlarla qarşılaşa bilərlər: 

- Baş ağrısı və baş gicəllənməsi  

- Ürək döyüntüsündə artım və ya qeyri-sabitlik  

- Yorğunluq və yuxululuq hissi  

- Əsəbilik, depressiya əlamətləri  

- Qan təzyiqinin qeyri-sabitliyi  

Maqnit qasırğasından necə qorunmaq olar?

Mütəxəssislər maqnit qasırğası dövründə sağlamlığı qorumaq üçün bir neçə önəmli tövsiyə verirlər:  

Kifayət qədər su içmək – Su bədəndə elektrolit balansını qoruyur və qan dövranını normallaşdırır;

Duzlu və yağlı qidalardan uzaq durmaq – Belə qidalar qan təzyiqini artıra bilər.

Kofe və alkoqoldan imtina etmək – Bu içkilər orqanizmdə dehidrasiya və gərginlik yaradır.  

Təmiz havada gəzmək – Oksigen beyinin daha yaxşı işləməsinə kömək edir.  

Elektron cihazlardan uzaq durmaq – Kompüter və telefondan yaydığı elektromaqnit dalğalar vəziyyəti pisləşdirə bilər.  

Yuxu rejiminə riayət etmək – Gündə ən azı 7-8 saat yuxu immun sistemini gücləndirir.  

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
19
yenisabah.az

1Mənbələr