AZ

Zelenskidən Krım mesajı – “Ukraynanın ərazi bütövlüyü güzəşt mövzusu deyil”

“Bu gün Krımın rus işğalına göz yummayan hər kəsin mərdlik və dürüstlük günüdür. 11 il əvvəl Rusiyanın Ukraynaya təcavüzü başladı, Krım qanunsuz, alçaqcasına ələ keçirildi”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Krımın ilhaqının ildönümü ilə bağlı cəmiyyətə ünvanladığı mesajında yaıb.

“Amma 26 fevral günü göstərdi ki, Krıma qarşı, bütün Ukraynaya qarşı həyata keçirilən işğala qarşı müqavimət olacaq. Bu gün göstərdi ki, yalanı qəbul etməyən, evinə xəyanət etməyən insanlar var və olacaq. Krımın işğalından sonrakı illər xeyli qəm-qüssə gətirdi. Dünyada bir çox insan həqiqətən nə baş verdiyini anlamaq istəmirdi”, - Ukrayna lideri qeyd edib.

Krımın azad edilməsi məsələsini dünyanın gündəminə qaytarmağı bacardıqlarını vurğulayan Zelenski, Krım platformasının təsis edildiyini xatırladıb.

“Biz Rusiyaya işğalı "normallaşdırmaq" imkanı vermirik. Krım məhbuslarını əsirlikdən azad edirik. Biz bütün Ukrayna üçün normal həyat hüququ və təhlükəsizlik və davamlı sülhün zəmanəti uğrunda mübarizəyə davam edirik. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi heç bir güzəştlərin mövzusu deyil və olmayacaq. Krımda müqavimət günü dürüstlüyə, Ukraynaya hörmət günüdür. Və dəstək olan hər kəsə təşəkkür edirəm!”, - Ukrayna lideri mesajını bu sözlərlə yekunlaşdırıb.

“AzPolitika.info”

Seçilən
26
azpolitika.info

1Mənbələr