Maqomed Ankalayev Pereyranın mərc təklifini rədd edib.

Offsideplus.az xəbər verir ki, Ankalayev çempion Aleks Pereyranın 200 min dollarlıq mərc təklifinə cavab verib. O, sosial şəbəkədə açıqlamasında mərcin islamda qadağan olduğunu vurğulayıb:

"Bir müsəlman olaraq mərc oynamaq haramdır. Üstəlik, hər il sərvətimin 2,5%-ni xeyriyyə işlərinə ayırmaq mənim borcumdur. Dünyada köməyə ehtiyacı olan çoxlu uşaq var və biz döyüşdən sonra xeyriyyə məqsədilə nəsə edə bilərik. Amma bunu reklam etməyə ehtiyac yoxdur."

Rusiyalı idmançı əlavə edib ki, menecerlər arasında yaxşı münasibətlər var və bu məsələni onlar həll edə bilər.

Qeyd edək ki, döyüşçülər martın 9-da UFC 313 turnirində üz-üzə gələcək.