AZ

Avstraliya Ukraynaya ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır

Avstraliyanın baş naziri Entoni Albanese ölkəsinin Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı istənilən təklifi nəzərdən keçirməyə açıq olduğunu deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Albanese açıqlamasında Rusiyanın qanunsuz və əxlaqsız hərəkətlərinin mükafatlandırılmadığına əmin olmaq istədiyini bildirib.

Albanese Ukraynada sülh görmək istədiklərini vurğulayaraq əlavə edib: "Hazırda mümkün sülhməramlı qüvvələr haqqında müzakirə gedir və gələcək təklifləri nəzərdən keçirməyə hazırıq".

Seçilən
39
1
operativmm.az

3Mənbələr