AZ

Milli Məclisin komitə sədri Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak edəcək

Bakı. Trend:

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsinin sədri Azər Əmiraslanov MDB ParlamentlərarasıAssambleyasının İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasınıniclasında iştirak etmək üçün martın 5-də Rusiyanın Sankt-Peterburqşəhərinə səfər edəcək.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclasda MDB iştirakçısı olan dövlətlər üçün modelVergi Məcəlləsinin xüsusi hissələrinin layihələri, həmçinin“Strateji planlaşdırma haqqında”, “Standartlaşdırma haqqında”,“Lisenziyalaşdırma haqqında” və digər model qanun layihələriüzərində işin gedişi barədə müzakirələr aparılacaq, bir sıratəşkilati məsələlərə baxılacaq.

Səfər martın 7-də başa çatacaq.

Seçilən
63
4
az.trend.az

6Mənbələr