AZ

Azərbaycan millisinin Bakıda keçiriləcək seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Bakı, 4 mart, AZƏRTAC

Martın 12-dən 18-dək Bakıda 17 yaşadək qadınlardan ibarət milli komandalar arasında Avropa çempionatının II seçmə mərhələsi çərçivəsində B Liqasının B qrupunun oyunları keçiriləcək.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın U-17 millisi bununla əlaqədar martın 5-də Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlığa başlayacaq.

Təlim-məşq toplanışı üçün yığmaya 23 futbolçu dəvət olunub. 2011-ci il təvəllüdlü futbolçular - Könül Hüseynova, Aylin Əliyeva və Tahirə Rəcəb yalnız hazırlıq prosesində iştirak edəcəklər.

Millinin heyəti: 1. Firuzə Bayramova, 2. Nərgiz Ağaliyeva, 3. Aydan Abdullayeva, 4. Məryəm Səmədli, 5. Arzu Cəfərova, 6. Xanım Əsədova, 7. Bədriyyə Mövludova, 8. Ayşən Salamzadə, 9. Səma Əsədova, 10. Aysu Əsədova, 11. Aylin Kərimova, 12. Ayan Abdiyeva, 13. Şəhanə Mirzəliyeva, 14. Suel Polikarpova, 15. Sara Səlimova, 16. Elmira Hüseynova, 17. Könül Hüseynova, 18. Naidə Məmmədovə, 19. Xədicə Rəhimova, 20. Məhsumə Vahabzadə, 21. Aygün Novruzova, 22. Aylin Əliyeva, 23. Tahirə Rəcəb.

Avropa çempionatının seçmə mərhələsi

B Liqası, B qrupu

12 mart

11:00. Bolqarıstan - Malta

"ASCO Arena"

16:00. Azərbaycan – Lüksemburq

"ASCO Arena"

15 mart

11:00. Lüksemburq - Malta

"ASCO Arena"

16:00. Bolqarıstan - Azərbaycan

"ASCO Arena"

18 mart

13:00. Azərbaycan – Malta

"ASCO Arena"

13:00. Lüksemburq - Bolqarıstan

"Binə" stadionu

Seçilən
61
4
azertag.az

6Mənbələr