AZ

Xəzərin dayazlaşması yükdaşımalara mənfi təsir göstərir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədr müavini Tariel Mirzəyev bildirib ki, Xəzərdə suyun səviyyəsinin azalması yükdaşımalara təsir göstərir.

“Qazaxıstanın Kurık limanında suyun dərinliyinin azalması ilə əlaqədar olaraq, Bakı limanı ilə bu liman arasında marşrut üzrə “Ro-Pax” bərələrinin ötürücülük qabiliyyəti azalıb”.

Onun sözlərinə görə, xüsusilə, dəmir yolu çənlərinin daşınması 22%, vaqonların daşınması isə 10% azalıb.

Mirzoyev əlavə edib ki, oxşar vəziyyət Türkmənbaşı limanında da yaranıb.

Bu istiqamətdə dəmir yolu çənlərinin daşınması 37 faiz, vaqonların daşınması isə 19 faiz azalıb.

Seçilən
17
anspress.com

1Mənbələr