Əhməd Vəliyev Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Ə.Vəliyev bundan əvvəl icra başçısının müavini, eyni zamanda Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb