AZ

Terimin komandası məşqə çıxmır, maaş tələb edir

Türk mütəxəssis Fatih Terimin baş məşqçilik etdiyi "Əl-Şəbab"da böyük böhran yaranıb.

Yenisabah.az xəbər verir ki, 3 aydır maaşlarını ala bilməyən futbolçular klub rəhbərliyinə sərt reaksiya göstəriblər. Onlar məşqə çıxmaqdan imtina ediblər. 

“Əl-Şabab”ın prezidenti Məhəmməd Əl-Munayemin idarəçiliyindən narazı olan bəzi klub rəsmiləri vəzifələrindən istefa veriblər.

Hazırda bu klub ölkə çempionatında 39 xalla turnir cədvəlinin 6-cı pilləsini tutur.


Telegram kanalımız
Seçilən
18
2
yenisabah.az

4Mənbələr