AZ

Avropa silahlanmaya 800 milyard avro ayıra bilər – Ukrynanın müdafiəsi planı açıqlandı

Avropa İttifaqı (Aİ) yenidən silahlanma dövrünə qədəm qoyub.

“AzPolitika” xəbər verir ki, bunu martın 4-də Brüsseldə çıxış edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib. Von der Leyen Ukraynadakı müharibə və ABŞ siyasətində yaranan dəyişikliklər fonunda Avropa Komissiyasının Aİ-nin müdafiə qabiliyyətini gücləndirmək üçün görmək istədiyi bir sıra tədbirləri açıqlayıb.

"Avropa müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa hazırdır. Həm qısamüddətli hərəkətə keçmək və Ukraynanı dəstəkləmək ehtiyacına cavab vermək, həm də uzunmüddətli perspektivdə Avropanın təhlükəsizliyinə görə daha çox məsuliyyəti öz üzərinə götürmək üçün", - Avropa Komissiyasının rəhbəri bildirib.

Bütövlükdə, Aİ-nin yenidən silahlanma planı və müdafiə qabiliyyətini artırmaq üçün digər tədbirlər üçün büdcə 800 milyard avro həcmində qiymətləndirilir. Bu, Ukrayna üçün silahların alınması və hava hücumundan müdafiə sistemlərinin, raket və sursatların, həmçinin pilotsuz təyyarələrin və onlara qarşı müdafiənin istehsalı da daxil olmaqla 150 milyard avro kreditin cəlb edilməsini nəzərdə tutur. Ehtimal olunur ki, söhbət Ümumavropa fondundan gedir.

Qalan 650 milyardın isə Avropa İnvestisiya Bankının vəsaitlərindən, özəl investorlardan və Aİ-yə üzv dövlətlərin müdafiə xərclərinin artırılmasından əldə ediləcəyi gözlənilir.

Avropa Komissiyasının təkliflərindən biri də Aİ-nin az inkişaf etmiş regionların inkişafı üçün üzv dövlətlərə ayırdığı pulun müdafiə ehtiyaclarına yönəldilməsinə icazə verilməsidir.

Plan martın 6-da Aİ-nin fövqəladə sammitində müzakirə olunacaq. Əvvəllər Kiyevə qarşı skeptik mövqe tutan Macarıstan və Slovakiya Ukraynaya hərbi yardımın artırılmasına dair təklifləri dəstəkləməyəcəklərini açıq şəkildə bildiriblər. Budapeştin mövqeyinə görə Aİ indi Kiyevə 20 milyard avroluq hərbi yardım paketi üzərində işi dayandırıb. Eyni zamanda, nəşrin mənbələrinə görə, Macarıstan müdafiə xərclərinin artırılmasına Ukraynaya yardımın genişləndirilməsini daxil etməsə, razılaşa bilər.

“AzPolitika.info”

Seçilən
77
50
azpolitika.info

10Mənbələr