AZ

Naxçıvanda ictimai nəqliyyat sistemi üçün 60 ədəd elektrik mühərrikli avtobus alınacaq - SƏRƏNCAM

Bakı. Trend:

Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişindaşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkiliməqsədilə 60 ədəd elektrik mühərrikli avtobus alınacaq.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyatsistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikliavtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikliavtobusun alınması və enerjidoldurma cihazlarının quraşdırılması,habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçündepo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında”Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQnömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə”Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli268 nömrəli Fərmanının 1.12.4.4.12-ci abzasında nəzərdə tutulmuşvəsait hesabına nizamnamə kapitalının artırılması yolu ilə“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33 milyon 449 min manatvəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-cihissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll edəcək.

Seçilən
21
22
az.trend.az

10Mənbələr