AZ

Trampın xarici siyasəti tragikomediyaya çevrilibsə, daxili siyasəti tamamilə komediyadır

ABŞ-ın aqrar siyasət naziri bildirib ki, yumurta çatışmazlığı və onların yüksək qiymətləri problemini həll etmək üçün amerikalılar evlərində toyuq saxlamalıdırlar.

Bundan əlavə Kanada Trampın hücumlarına səssiz qalmaq niyyətində deyil.

Ontario əyalətinin baş naziri Duq Ford The Hill nəşrinə açıqlamasında, ABŞ-ın tətbiq etdiyi rüsumlara cavab olaraq, ABŞ-a elektrik enerjisi ixracını dayandırmağa hazır olduğunu bildirib.

Duq Ford: "Əgər onlar Ontarioya iqtisadi zərbə vurmağa cəhd edərlərsə, mən onların enerjisini kəsmək də daxil olmaqla hər şeyi edəcəyəm və bunu üzümdə təbəssümlə edəcəyəm. Onlar bizdə enerjinin idxalına qüvənirlər. Onlar bizim zərbəmizin ağırlığını hiss etməlidirlər. Əgər bizə ağır zərbə vurmaq istəyirlərsə, biz onlara ikiqat cavab verəcəyik. Mən bu tarif müharibəsini başlamamışam, amma biz onu qazanacağıq".

Kamran Cəfərov

visiontv.az



Seçilən
27
visiontv.az

1Mənbələr