Ötən il "Barselona"nı tərk edən Xavi İitaliya A seriyasında çalışa bilər.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssisin "Yuventus"un baş məşqçisi vəzifəsinə təyin olunacağı gözlənilir.

Turin klubunun rəhbərliyi hazırda baş məşqçi postunu tutan Tyaqo Mottadan narazıdır. Çünki komanda A seriyasında 4-cü yerdə gedir, Çempionlar Liqasında isə 1/16 finalda mübarizəni dayandırıb.

İddialara görə, Xavi bir şərtlə "Yuventus"u çalışdırmağa hazırdır. O, "Barselona"dan Fermin Lopesin transferini mütləq sayır. Hələlik danışıqlar prosesində konkret nəticələr yoxdur.