Bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
“İlk 25-30 dəqiqə ərzində o, Tramp Zelenski ilə mehriban və dost olmaq üçün əlindən gələni etdi, hətta Zelenski həqiqətə uyğun olmadığını düşündüyüm şeylər deyərək onu ələ salmağa çalışsa da. Prezident nəzakətli olmağa çalışdı”, - vitse-prezident bildirib.
Vens əlavə edib ki, Zelenski ilə Amerika lideri arasında söhbət qızışdıqdan sonra vəziyyəti düzəltməyə çalışıb.