AZ

“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb

Livanın cənubunda İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparatının (PUA) hücumu nəticəsində “Hizbullah”ın səhra komandirlərindən biri həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, ölən Xodr Haşem “Radvan” xüsusi bölməsinə rəhbərlik edib.

Məlumata görə, Xaşemin idarə etdiyi avtomobilə hücum edilib.

Seçilən
136
50
report.az

10Mənbələr