Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Ölkə.Az Agentlik sədrinin dosyesini təqdim edir:
F.Nağıyev 22 iyul 1975-ci ildə Bakıda anadan olub. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997–2000-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib.
1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.
2004–2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006–2009-cu illərdə "Paşa İnşaat" MMC-nin direktoru, 2007–2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb.
2010–2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə sahib olub. 2014–2017-ci illər ərzində "1-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb.
6 fevral 2017-ci ildən 21 aprel 2018-ci ilədək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub.
O, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Sərəncamla Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılan Dövlət Turizm Agentliyinin sədri vəzifəsinə təyin edilib.
Billurə