Uruqvay millisinin müdafiəçisi Matias Olivera “Napoli”də çıxışını davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu komanda ilə müqaviləsini 2030-cu ilin iyununa kimi uzadıb. Olivera 2022-ci ildə “Napoli”nin futbolçusu olub.
Ümumilikdə o, klubda 90 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
A Seriyasının cari mövsümünün 27 turundan sonra “Napoli” 57 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.