AZ

İstanbuldan qayıdan şəxsdə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda siqaret aşkar edilib.

Bu barədə APA-ya DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadanlara stasionar rentgen qurğusunda baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı çamadanlardan gömrük orqanlarına bəyan edilməyən, məcburi nişanlama ilə nişanlanmayan 27 640 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
10
apa.az

10Mənbələr