AZ

“Ermənistan və Azərbaycan vasitəçisiz danışıqlar aparır” - Simonyan

“Ermənistan Türkiyə ilə işləyiri və işləməyə davam edəcək”.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

Simonyan qeyd edib ki, Ermənistan öz mövqeləri ilə sülhə hazır olduğunu nümayiş etdirib.

“Ümid edirik ki, bu addımları görən Türkiyə də öz mövqeyini daha aydın ifadə etməyə başlayacaq”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, indiki mərhələdə heç bir ölkənin moderator rolu yoxdur və Ermənistan ilə Azərbaycan birbaşa danışıqlar aparır və böyük ölçüdə istədiklərinə nail ola bilirlər.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
32
missiya.az

1Mənbələr