AZ

Sahibə Qafarova və Numan Kurtulmuş arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri telefonla danışıb, əməkdaşlıq müzakirə olunub.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla Milli Məclisin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə parlamenti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli və parlamentlərarası əlaqələr müzakirə edilib, həmçinin türk dünyasında sabitliyin təmin olunması üçün bütün sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.

Numan Kurtulmuş Sahibə Qafarovanı Ramazan münasibətilə təbrik edərək bu müqəddəs ayın Azərbaycan xalqına və müsəlman dünyasına sülh, əmin-amanlıq və xeyirxahlıq gətirməsini arzulayıb.

Seçilən
64
7
operativmedia.az

8Mənbələr