AZ

"Azersky 2" peykini Azərbaycanda hazırlanmış ilk böyük peyk layihəsi kimi həyata keçməyi planlayırıq - “Azərkosmos”

Bakı. Trend:

İllər öncə kosmosa peykimiz göndərilən zaman yerlimütəxəssislərimiz çox az olduğu üçün bu işə xaricdən mühəndislərcəlb olunmuşdu. Lakin hazırda peyk idarəetmə üzrə mütəxəssislərinhazırlanması ölkəmizdə “Azərkosmos” tərəfindən həyata keçirilir. Buişdə Azərbaycan Mühəndislik Akademiyasının rolu danılmazdır.

Trend xəbərverir ki, bunu Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarəHeyətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov“Ümumdünya Mühəndislik Günü” münasibətilə keçirilən tədbirdə çıxışızamanı deyib.

“2013-cü ildə “Azərkosmos” fəaliyyətə başlayanda 80-dən çoxəməkdaş var idi. Hazırda “Azərkosmos”un 230-dan çox əməkdaşı var.İşçilərin 35 faizi xanımlardır”, - deyə Dunay Bədirxanov əlavəedib.

“Azersky 2” proqramı barədə danışan D.Bədirxanov bildirib ki,proqramın əsas məqsədi Azərbaycanın yeni tələblərə uyğun 2 yüksəkayırdetməli optik peykinin buraxılmasıdır: “Bu proqram çərçivəsindəmütəxəssislərimiz yeni biliklər əldə edəcəklər. Belə ki,mütəxəssislərimiz peyk istehsalçılarının yanında olacaq, peykinnecə layihələndirilməsi, yığılması və zavoddan sınaqdankeçirilməsini öyrənəcəklər. Sonra həmin mütəxəssislər proqramınikinci peykini Azərbaycanda icra edəcəklər. Bu o deməkdir ki, artıq“Azersky 2” peykini biz Azərbaycanda hazırlanmış ilk böyük və ciddipeyk layihəsi kimi həyata keçməyi planlayırıq. Bunun üçün KosmikAparatların İnteqrasiya və Sınaqdan Keçirilməsi Mərkəzininyaradılması ilə məşğuluq”.

Bakı teleportu barədə də məlumat verən D.Bədirxanov deyib ki,yerüstü stansiyanın xidmətlərini C və Ku-band ilə Avropa, OrtaŞərq, Mərkəzi Asiya və Afrika regionlarına çatdırmaq mümkündür.

Məqalədə:
Seçilən
40
50
az.trend.az

10Mənbələr