AZ

“Bavariya” “Qalatasaray”dan aldığı futbolçunu göndərir

“Bavariya”nın futbolçusu Saşa Boe komandadan göndəriləcək.

İdmanxeber.az-ın məlumatına görə, məşqçilər heyəti 24 yaşlı müdafiəçinin çıxışından narazıdı. Onunla mövsüm sonu yollar ayrılacaq. 

Fransalı futbolçu cari mövsüm münhenlilərin heyətində 13 oyuna çıxıb. Boe 2024-cü ildə “Qalatasaray”dan Bundesliqa klubuna keçib.

 

Seçilən
38
idmanxeber.az

1Mənbələr