Rusiyada azərbaycanlıya məxsus TIR-la minik markalı avtomobil toqquşub.
Bizim.Media-nın verdiyi məlumata görə hadisə Rusiyanın Saratov vilayəti ərazisində baş verib.
Həmyerlimizə məxsus TIR markalı yük maşını Rusiya vətəndaşının idarə etdiyi minik markalı avtomobillə toqquşub. Qəza nəticəsində TIR aşıb. Minik avtomobilində olan şəxslərin öldüyü bildirilir.
Onu da qeyd edək ki, həmyerlimizin idarə etdiyi yük maşını meyvə ilə dolu olub.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta