AZ

Təhlükəli sursatlar aşkarlanıb – QHT sədri xəbərdarlıq edir

Yardımlı rayonunun Telavar kəndində dərədə silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Polis tərəfindən 12 qanunsuz ov tüfəngi müsadirə edilib.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov məsələ ilə bağlı QHT.az-a açıqlamasında bildirib ki, qanunsuz saxlanılan silahlarla bağlı Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görür və aşkar edilən silahlar operativ şəkildə yığılır:

"Bu əməliyyatlar ölkənin bütün ərazisində aparılır və yalnız işğaldan azad olunmuş ərazilərlə məhdudlaşmır. Qanunsuz silahlar və partlamamış hərbi sursatlarla bağlı işlər davam etdirilir. Bizim təşkilat əhali arasında maarifləndirmə işləri aparır və vətəndaşları tanımadıqları əşyalara toxunmamağa, partlamamış sursat və minalarla qarşılaşdıqda müvafiq orqanlara məlumat verməyə çağırır. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və ANAMA mütəxəssisləri belə məlumatlara dərhal reaksiya verərək, təhlükəli sursatları ərazidən götürür və zərərsizləşdirir."

 

Pərvanə Fərhadqızı

Seçilən
48
qht.az

1Mənbələr