Bakı. Trend:
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Ortadəhliz) çərçivəsində Türkiyədə yükdaşımaların yerinə yetirilməsiüçün yeni marşrut işə salınacaq.
Trend xəbərverir ki, bunu Türkiyənin “TCDD Transportation” dəmiryollarıidarəsinin baş direktoru və sədri Ufuk Yalçın bildirib.
O, şərqdən Türkiyənin cənubuna yükdaşımaların çatdırılmasıməqsədilə TBNM çərçivəsində yeni nəqliyyat dəhlizi açmaqplanlarından söz açıb. Layihənin əsas məqsədi – İstanbulda Marmaraytunelinin üzərinə düşən yüklənməni azaltmaqdır.
“Hal-hazırda daşınmalar Van və Tətvan arasında Van gölüüzərindən 2017-ci ildə tam müasirləşdirilmiş iki bərə vasitəsiləhəyata keçirilir. Bu bərələr hər iki istiqamətdə günə iki reysyerinə yetirir. Həmin marşrutla Türkiyənin qərb bölgələrinə İrandanvə Türkmənistandan yüklər daşınır. Ancaq daşınmalardan əldə olunancari gəlirlər xərclərin yalnız 15 faizini ödəyir. Buna baxmayaraq,marşrut Şərq və Qərb arasında daşınmalar üçün strateji əhəmiyyətəmalikdir”,- deyə o bildirib.
Yalçının sözlərinə əsasən, Marmaray tunelinin yüklənməsiniazaltmaq məqsədilə, Balıkesir və Tekirdağ arasında Mərmərə dəniziüzərindən iki ay ərzində dəmiryolu bərəsinin işə salınmasıplanlaşdırılır. Bu yeni marşrut Marmaraydan keçən gecə yükqatarlarının sayını artırmağa və beləcə tıxacların qarşısını almağakömək edəcək.
“Ekspertlər hesab edirlər ki, bu addım təkcə ölkədaxililogistikanı yaxşılaşdırmayacaq, eyni zamanda Türkiyənin beynəlxalqyükdaşımaları üçün tranzit potensialını artırmış olacaq”,- deyə oqeyd edib.