Aktual.azxəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Ümumilikdə, müzakirə etdiyimiz kommunikasiyaların açılması mövzusu ətrafında çoxlu xəbərlər və müəyyən dəyişikliklər ola bilər. Məsələn, Azərbaycanın cavabını bu həftə ərzində verə bilərik.
Biz həmişə deyirik ki, nəzarət-buraxılış məntəqələrini qurmağa və yolları açmağa hazırıq. Bu, dayanmayan bir prosesdir. Baş nazir bu həftə yeni bir bəyanatla çıxış edə və ya bu məsələlərlə bağlı yeni bir şərh verə bilər”, - Simonyan bildirib.(axar.az)