AZ

“Rusiya ordusu Ermənistanın təhlükəsizliyini təmin etməkdə davam edir...” - Səfir

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın 102-ci hərbi bazası və sərhədçilərinin olması Qərb dövlətlərinin vədlərini deyil, Ermənistanın təhlükəsizliyini təmin edir.

Hafta.az tert.am-a istinadla xəbər verir ki, bunu  Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “24News” kanalına müsahibəsində deyib. 

"Mən bildiyimə görə, Ermənistana Rusiya-Ermənistan münasibətləri ilə müqayisə oluna biləcək təhlükəsizlik təminatları verilməyib. Hər halda, mən heç bir sənəd və ya bəyanat görməmişəm. Bizim təhlükəsizlik sahəsində əməkdaşlığımızın əsas komponentləri - hərbi-siyasi alyans, 102-ci baza yerində qalır... Sərhədçilərlə bağlı müəyyən dinamika var, lakin bizim sərhədçilər buradadır və öz xidmətlərini davam etdirirlər ki, bu da Ermənistan rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir”, - deyə səfir bildirib.

Qeyd edilir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin tam müsahibəsi  bu gün saat 22:15-də “24News”da yayımlanacaq.

Seçilən
125
4
hafta.az

6Mənbələr