1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qəhrəman ekipaj üzvlərimizin - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın şəxsi və əmək fəaliyyəti ilə bağlı əşyalarını ailələri Milli Azərbaycan Tarixi Muzeyinə təqdim ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumat yayıb.
Bildirilib ki, təqdimetmə mərasiminin iştirakçıları Milli Qəhrəmanlarımızın göstərdiyi şücaət və fədakarlığın xalqımızın yaddaşında əbədi qalacağını qeyd ediblər.
"Qəhrəman ekipaj heyətimizə məxsus əşyaların muzeyə təqdim olunması, onların qəhrəmanlığının əbədiləşdirilməsi AZAL kollektivi üçün böyük şərəf və qürur mənbəyidir", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, AZAL aviaşirkətinə məxsus "Embraer" təyyarəsinin qəzası 2024-cü il dekabrın 25-də baş verib. Təyyarə Bakıdan Qroznıya uçurdu, lakin iki uğursuz eniş cəhdindən sonra Aktauya yönəlib. Qazaxıstan hava limanına təxminən 5 km qalmış qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub (42-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan, üçü Qırğızıstan vətəndaşı), onlardan 38-i həyatını itirib.
