AZ

Türk dövlətlərinin inteqrasiyasının gücləndirilməsində elmi təşəbbüslərin rolu müzakirə olunub

Bakı 4 mart, AZƏRTAC

Astanada Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev və Qazaxıstanın xarici işlər nazirinin türk ölkələri və təşkilatları üzrə müavini Alibek Bakayev arasında görüş keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə türk dövlətlərinin inteqrasiyasının gücləndirilməsində elmi təşəbbüslərin rolu müzakirə olunub. Tərəflər türk xalqlarının tarixi, dili və mədəniyyətinin öyrənilməsinə yönəlmiş təşəbbüslərin irəli sürülməsi üçün elm və təhsil sahələrində birgə səylərin vacibliyini vurğulayıblar.

Şahin Mustafayev akademiyanın 2024-cü il üzrə fəaliyyət hesabatını təqdim edib, qazaxıstanlı alimlərin elmi layihələrdə iştirakı və birgə elmi təşəbbüslərin həyata keçirilməsi barədə məlumat verib. O, həmçinin akademiyanın cari il üçün planlarını bölüşüb.

Alibek Bakayev görülən işlərin əhəmiyyətini vurğulayaraq, Beynəlxalq Türk Akademiyasının elmi təşəbbüslərini dəstəklədiyini bildirib.

Seçilən
17
azertag.az

1Mənbələr