Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 2 görüş reallaşacaq.
Ümumiyyətlə bu gün ilk "5-lik"də yer alan iddialılar qarşılaşacaqlar.
Əvvəlcə "Turan Tovuz" liderin ən yaxın izləyicisi "Zirə"ni qonaq edəcək. Qərb təmsilçisi qələbə qazansa, "qartallar"ı geridə qoya bilər.
Günün ikinci oyununda "Sabah" ilə "Araz-Naxçıvan" münasibətlərinə aydınlıq gətirəcəklər. Masazırdakı qarşılaşmasının nəticəsi turnir cədvəlində liderlərin mövqeyində yenidən dəyişiklik edə bilər.
Qeyd edək ki, turun dünən keçirilən görüşlərində "Şamaxı" "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı üstələyib. Hər iki qarşılaşmada qonaq komandalar 2:0 hesabı ilə qalib gəliblər.
Misli Premyer Liqası
25-ci tur
4 mart (çərşənbə axşamı)
“Turan Tovuz” – “Zirə” 0:0 (1-ci hissə)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı, Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu
“Turan Tovuz”: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva
23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 6. Araş Qaderi, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev
19. Orxan Əliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 90. Joarlem Santos, 40. Kauan Martins, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 5. Stefan Aka, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
19:30. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov, Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bank Respublika Arena”