AZ

İlon Maskın SpaceX şirkəti dünyanın ən böyük raketini buraxa bilməyib

Maskın şirkəti Starship-in əvvəlki buraxılışı bu ilin yanvarında olmuşdu.

QHT.az xəbər verir ki, SpaceX şirkəti Starship adlanan yeni raketinin buraxılışını təxirə salmalı olub. "Biz bugünkü sınaq uçuş cəhdindən imtina edirik. Starship komandası növbəti ən yaxşı uçuş imkanını müəyyənləşdirir", - Maskın şirkəti bildirib.

Ulduz gəmisinin buraxılışı martın 3-də Cənubi Texasdakı Starbase-dən baş tutmalı idi. Lakin hazırlıq zamanı Maskın şirkəti kosmik sistemin hər iki elementində - super ağır gücləndiricidə və yuxarı pillədə problemlərlə qarşılaşıb.SpaceX rəsmiləri bildiriblər ki, növbəti cəhd 4 Mart Çərşənbə axşamı günü baş verə bilər, lakin buna hazırlaşmaq daha uzun çəkə bilər.Xatırladaq ki, Maskın şirkəti Starship-in əvvəlki buraxılışını bu ilin yanvarında həyata keçirmişdi. Qismən uğurlu oldu. Gəminin sürətlə məhv edilməsinə səbəb olan yanğın buraxıldıqdan dərhal sonra baş verdi.

 

R.İmanov

Seçilən
33
qht.az

1Mənbələr