AZ

TBMM sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib

Bu gün TBMM sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.

Operativ Media xəbər verir ki, TBMM sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və Müsəlman dünyasına sülh, əmin-amanlıq və  xeyir-bərəkət gətirməsini diləyib.

Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən, parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub

Seçilən
84
8
operativmedia.az

10Mənbələr