Alimlər müəyyən ediblər ki, dəniz dibinin yayılmasının yavaşlaması dəniz səviyyəsinin aşağı düşməsinə səbəb ola bilərdi.
QHT.az xəbər verir ki, hazırda iqlim dəyişikliyi səbəbindən dünya okeanının səviyyəsi yüksəlsə də, alimlər 15 milyon il əvvəl bunun əksinin baş verdiyini müəyyən ediblər. Tədqiqatlar göstərib ki, o dövrdə dəniz dibinin yayılmasının qlobal yavaşlaması okean hövzələrinin dərinləşməsinə və dəniz səviyyəsinin 26-32 metr azalmasına səbəb olub. Bundan əlavə, isti mantiyadan okeana istilik axını və hidrotermal axın da azalıb ki, bu da okeanın kimyəvi tərkibini dəyişdirib.
Bundan əvvəlki araşdırmalarda bu prosesin vulkanik istixana qazı emissiyalarını azaltdığı və qlobal soyutmaya səbəb olduğu qeyd olunub.
R.İmanov