AZ

''Beşiktaş'' yeni baş skautunu təqdim etdi

''Beşiktaş''da daha bir yeni təyinat rəsmiləşib. Baş məşqçi Ole Qunnar Sulşerin ətrafına önəmli təcrübəyə malik isimləri toplayan yeni prezident Sərdar Adalı daha bir təyinatı açıqlayıb.

''Football-plus.az'' xəbər verir ki, İstanbul nəhəngi uzun müddətdi, danışıqlar apardığı skaut Eduard Qrafla rəsmi müqavilə imzalayıb. Amma anlaşmanın müddəti və digər detallar haqda məlumat verilməyib. 35 yaşlı Eduard Qraf bundan sonra ''Beşiktaş''ın baş skautu kimi çalışaraq klub üçün dünyanın dörd bir tərəfində yeni istedadlar kəşf edəcək.

Almaniyalı Qraf futbol dünyasına 2009-cu ildə ''Arminiya''nın akademiyasında çalışmaqla addım atıb. Daha sonra ''Osnabrük''ün U-17 komandasında köməkçi kimi çalışıb. 2012-nin yayından etibarən isə o Dortmund ''Borussiya''sında işləyirdi. Bu illər ərzində o, gənc istedadların kəşfi və strategiyanın muəyyənləşdirilməsi baxımından mühüm uğurlara imza atmışdı.

Dortmundda müxtəlif dönəmlərdə həm köməkçi məşqçi, həm də Beynəlxalq Əlaqələr Departamentində çalışan Qraf 2022-dən bu yana ''arılar''ın baş skautu kimi çalışırdı. Əslində o, ''Borussiya''dan hələ ötən ilin noyabrında ayrılmışdı və ''Beşiktaş''a gəlişi daha tez baş tuta bilərdi. Amma Qraf ''Borussiya'' ilə təzminat məsələsində uzun müddət anlaşa bilmirdi.

O, ''ağ-qaralar''da rəsmi olaraq işə martın 1-dən başlayıb.

ƏLİ

Seçilən
38
football-plus.az

1Mənbələr