AZ

Ançelotti: “Atletiko” çox yaxşı mövsüm keçirir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalının Madrid “Atletiko”su ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az italyan mütəxəssisin oyuna həsr edilmiş mətbuat toplantısında səsləndirdiyi müvafiq fikri təqdim edir:

“Atletiko” ilə oyunlar həmişə gərgindir. Onlar çox yaxşı mövsüm keçirirlər, bütün yarışlarda uğurla çıxış edirlər. Mənim, Simeone (Dieqo Simeone “Atletiko”nun argentinalı baş məşqçisi – redaktorun qeydi) haqda ilk xatirəm oyunçu karyerası ilə bağlıdır. O, “Yuventus” – “Latsio” oyununda vacib qol vurmuş, həmçinin 2000-ci ildə İtaliya A Seriyasının qənimətini qazandırmış qola imza atmışdı. Bir məşqçi kimi, mən ona çox hörmət bəsləyirəm. Onun oyunu oxumasına, onun komandasına sadiqliyinə və müdafiədə oyuna sədaqətinə”, deyə Ançelotti rəqibin baş məşqçi amilindən qayğılandığını başa düşməyə imkan verib.

Xatırladaq ki, hakim “Real – “Atletiko” oyununun başlanğıc fitini martın 5-i saat 00:00-da səsləndirəcək.

Seçilən
56
24
arena.az

10Mənbələr