Mərhum müğənni Edip Akbayramla vida mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, ailə üzvləri və dostları son dəfə müğənni ilə sağollaşıblar. Sənətçinin cənazəsində həyat yoldaşı Aytən Akbayram da yer alıb. O ürək ağrısı ilə yarını itirdiyini qeyd edib:
"Türkiyə çox dəyərli övladını itirdi. Mən də canımın yarısını itirdim".
Xatırladaq ki, Edip Akbayram iki gün əvvəl vəfat edib. O uzun müddət idi xəstəxanada müalicə alırdı.