AZ

“Kiçik Mərdəkan qəsri” bərpa ediləcək - 654 min 743 manatlıq layihə

Mərdəkan qəsəbəsində yerləşən “Kiçik Mərdəkan qəsri” bərpa ediləcək. 

Valyuta.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bununla bağlı tenderə yekun vurub. 

Tenderin qalibi "Meqaplus" şikrəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 654 min 743 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Meqaplus" firması 24 aprel 2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan firmanın hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 6/21, mənzil 14 ünvanında yerləşir. Firmanın qanuni təmsilçisi isə Seyidov Abuzər Bəkir oğludur.

"Meqaplus" Firması haqqında açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. Abuzər Seyidov haqqında da heç bir məlumat yoxdur.

Hüseyn

Seçilən
16
valyuta.az

1Mənbələr