Amerika ilə danışıqlar təslim olmaq demək deyil, əksinə, danışıqlar yolu ilə dünya xalqlarının gözü qarşısında öz millətinin hüquqlarını müdafiə etmək olar.
Bunu İran parlamentinin keçmiş sədr müavini Əli Mütəhhəri deyib.
Zelendkinin Trampla müzakiə və mübahisəsinə diqqət çəkən siyasətçi, dolayısı yolla İran rəsmilərini Vaşingtonla danışıqlara getmədiklərinə görə cəsarətsiz adlandırıb.
"Bəzilərinin inandığının əksinə olaraq, bizim Amerika ilə danışıqlarımız inqilabın şüar və ideallarından əl çəkmək və müqavimət oxunu zəiflətmək demək deyil. Danışıqlara getmək sadəcə, cəsarət tələb edir",- Mütəhhəri bildirib.
Qeyd edək ki, bundan əvvəl Məsud Pezeşkian və onun komandası Amerika ilə damışıqların mümkün olduğuna işarə ediblər.
Ancaq, fevralın 8-də Əli Xaməneinin Amerika ilə danışıqların mənasız olduğu barədəki çıxışından və Pezeşkian komandasına bunu qadağan etməsindən sonra həmin şəxslər məsələ ilə bağlı əks mövqedən çıxış etməyə başlayıblar.
visiontv.az