"Sabah"ın baş məşqçisi Vasili Berezutski Moskva MOİK-i ilə qazandığı UEFA Kubokunun (hazırkı Avropa Liqası) yubileyi ilə bağlı təşkil olunacaq oyunda iştirak edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı Moskva təmsilçisinin mətbuat xidməti yayıb.
42 yaşlı mütəxəssis sabiq komanda yoldaşları ilə birlikdə mayın 18-də "VEB Arena"dakı matçda forma geyinəcək.
MOİK-in sabiq oyunçuları həmin avrokubok mövsümündə onlara qarşı çıxış etmiş ulduz futbolçularla üz-üzə gələcəklər.
Qeyd edək ki, MOİK 2004/2005 mövsümündə UEFA Kubokunu qazanıb.