AZ

Bir həftəyə Azərbaycana cavab verə bilərik - Simonyan

Hazırda eskalasiya riski var, lakin bu mövzuda mümkün səbəb və fürsətlərin qarşısının alınması üçün hər şey edilməlidir.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

O, Ermənistanın ərazi iddiasının olmadığını bildirib:

“İrəvan öz öhdəlikləri və razılaşmalarına ciddi şəkildə əməl olunmasına diqqət edir. Eskalasiya riski var, lakin bunun üçün səbəb və imkan yoxdur, olmamalıdır. Biz hər an hər şeyin ola biləcəyinə dair mənfi fərziyələr üzərindən çıxış etməliyik. Heç bir şeyi istisna etməməliyik, əmin olmamalıyıq. Proseslər o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı hadisələr ola bilər. Bu, davamlı bir prosesdir.

Ümumilikdə, müzakirə etdiyimiz kommunikasiyaların açılması mövzusu ətrafında çoxlu xəbərlər və müəyyən dəyişikliklər ola bilər. Məsələn, Azərbaycanın təklifinə cavabı bu həftə ərzində verə bilərik.

Biz həmişə deyirik ki, nəzarət-buraxılış məntəqələrini qurmağa və yolları açmağa hazırıq. Bu, dayanmayan bir prosesdir. Baş nazir bu həftə yeni bir bəyanatla çıxış edə və ya bu məsələlərlə bağlı yeni bir şərh verə bilər”.

Axar.az

Seçilən
22
hurriyyet.az

1Mənbələr