AZ

“Ukrayna vəziyyətə necə uyğunlaşacağını bilir” - Podolyak

Ukrayna silah təchizatındakı dəyişiklikləri təhlil edir və hərbi ehtiyaclarını ödəmək üçün alternativ yollar axtarır.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak öz “treleqram” səhifəsində deyib. Onun sözlərinə görə, Kiyev tərəfindən avropalı tərəfdaşlarla əməkdaşlıq imkanları nəzərdən keçirilir.

Podolyak qeyd edib ki, Ukrayna birinci dəfə deyil ABŞ-nin silah tədarükünü dayandırması ilə üz-üzə gəlir: “Ukrayna artıq ABŞ-dən hərbi dəstək proqramlarının uzun müddət dayandırılması ilə bağlı təcrübəyə malikdir və belə vəziyyətlərə necə uyğunlaşacağını bilir”.

Bu baxımdan o, mövcud resursların hərtərəfli auditinin, tərəfdaşlıq proqramları çərçivəsində nəyin istehsal oluna və başqa vasitələrlə əvəz oluna biləcəyinin müəyyənləşdirildiyini vurğulayıb.

Onun dediyinə görə, artıq kommersiya bazarlarında və avropalı tərəfdaşlarla əməkdaşlıq çərçivəsində silahların axtarışı istiqamətində işlər aparılır.

Podolyak ABŞ ilə yeni danışıqları da istisna etməyib: “Biz hələ də amerikalı tərəfdaşlarımızla danışıqların mümkünlüyünü nəzərdən qaçırmırıq”.

“AzPolitika.info”

Seçilən
97
azpolitika.info

1Mənbələr