AZ

Spiker: İrəvanla Bakı arasında heç bir moderator ölkə yoxdur

İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsində heç bir ölkə moderator rolunda çıxış etmir.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Ermənistan və Azərbaycan öz məqsədlərinə birbaşa danışıqlar və birbaşa dialoq yolu ilə nail ola bilərlər”, - o qeyd edib.

Ankara-İrəvan münasibətlərinə toxunan Simonyan deyib ki, Türkiyə ilə işləyirik və işləməyə davam edəcəyik.

O eyni zamanda deyib ki, bu gün Bakı irəvan-Ankara münasibətlərinin normallaşmasına təsir göstərir. 

Bununla belə, o, ümid etdiyini bildirib ki, Ermənistan öz mövqeyi ilə sülhə hazır olduğunu nümayiş etdirdikcə, Türkiyə də öz mövqeyini daha aydın ifadə etməyə başlayacaq.

Simonyan Cenevrədə Türkiyə parlamentinin rəhbəri ilə son görüşünü çox müsbət qiymətləndirib.

Mürtəza
Ölkə.Az

Seçilən
52
3
olke.az

4Mənbələr