AZ

Bakıda tıxac labirinti: Saatlara eyni yolda qalırlar – Çıxış yolu nədir?

  Hər gün paytaxt yollarında uzun tıxaclar müşahidə olunur. Xüsusilə bu, səhər saatlarında belədir. Müəyyən ərazilərdə avtobus zolaqlarının salınması belə çarə olmadı. Düşünülürdü ki, bu prosesdən sonra əhali ictimai nəqliyyatdan istifadəyə üstünlük verəcək. Lakin tam əksini görürük. Saatlarla tıxacda qalmaqlarına baxmayaraq, sürücülər hələ də şəxsi maşınlarla hərəkət edirlər.

Paytaxtda ictimai nəqliyyatdan istifadəyə keçid niyə ləngiyir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli deyib ki, Bakı yollarında idarə olunmayan tıxaclar var:

“Tıxacın saatı bəlli olmadığına görə günün müxtəlif zamanlarına təsadüf edə bilir. Elə yollar var ki, orada eyni vaxtda sıxlıq müşahidə olunur və ya bəzən də əksi. Yəni bu, idarə olunan tıxac deyil, proqnozlaşdırması mümkün olmur. İctimai nəqliyyat xidməti isə təəssüf ki, hələ mükəmməl formalaşmayıb. Xüsusilə periferiyadan gələn nəqliyyat vasitələrində olan komfortsuzluq insanları şəxsi maşınlardan istifadəyə məcbur edir. İctimai nəqliyyat yalnız avtobuslarla məhdudlaşmır. Burada dəmiryolu, metro, elektrik qatarları var. Yeraltı və yerüstü nəqliyyat vasitələri arasında koordinasiya təşkil olunmalıdır. Bu gün metro kifayət qədər sərnişindaşıma həcminə malik deyil”.

  ilqar
İlqar Hüseynov

Ekspert bildirib ki, koordinasiya olmadığına görə əhali ictimai nəqliyyatdan istifadəyə üstünlük vermir:

“Tutaq ki, şəxs avtobusla hansısa metro stansiyasına gəldi, oradan yenidən şəhərin bir istiqamətinə hərəkət edərkən sıxlıqla rastlaşır.  Belə olanda insanlar daha çox şəxsi avtomobillərində rahat oturub tıxacda qalmağı üstün tuturlar, nəinki, ictimai nəqliyyatda ayaqüstə durub gözləmək. Xırdalan, Masazır, Sumqayıt və digər qəsəbələrdən Bakıya hərəkət zamanı bu, özünü aktiv şəkildə büruzə verir.  İstəsək də, istəməsək də, şəxsi maşınlar da, ictimai nəqliyyat vasitələri də tıxacda qalır. Vətəndaşlar da rahatlığı seçirlər”.  

Seçilən
15
referans.az

1Mənbələr