AZ

İndoneziyanın paytaxtında daşqınlar minlərlə insanı didərgin salıb

Bakı, 4 mart, AZƏRTAC

Bazar ertəsi başlayan leysan yağışları Cakarta və onun ətrafında 3 metr hündürlüyünə çatan daşqınlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, İndoneziya Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin məlumatına görə, daşqınlar nəticəsində yollar bağlanıb, 1 mindən çox ev və çox sayda avtomobil su altında qalıb.

Çərşənbə axşamı İndoneziyanın paytaxtı Cakartada minlərlə insan təxliyə edilib. “Reuters” agentliyi yazır ki, yaxın bir neçə gün ərzində güclü yağışların davam edəcəyi gözlənilir.

Cakarta qubernatoru Pramono Anunq xəbərdarlığı ikinci ən yüksək kritik səviyyəyə qaldıraraq yerli hakimiyyət orqanlarını su basmış əraziləri boşaltmaq üçün su nasoslarını işə salmağa və adətən buludlara duz məşəllərinin salınmasını nəzərdə tutan hava dəyişikliyinə dair əməliyyatları həyata keçirməyə çağırıb.

Otuz milyondan çox insanın yaşadığı Böyük Cakarta paytaxt regionu mütəmadi olaraq daşqınlardan əziyyət çəkir. Lakin bir sıra yerli media orqanları, xüsusən Bekasidəki mövcud vəziyyətin 2020-ci ildən bəri ən pis olduğunu bildirib.

2020-ci ildə Cakartada daşqınlar nəticəsində 60 nəfər həlak olub. Bu, 1866-cı ildə uçotun aparılması anından başlayandan bəri ən güclü birgünlük yağışdan sonra baş verib.

Seçilən
6
azertag.az

1Mənbələr